BAYRAĞIM
понедельник, 23 марта 2015 г.
суббота, 21 марта 2015 г.
BAYRAQ HAQQINDA MARAQLI FAKTLAR
BAYRAQ HAQQINDA
Bayraq

Birləşmiş Millətlər Təşkilatının bayrağı
Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqları öyrənən elm sahəsi veksillologiya adlanır.
Tarixi
Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilmişdir. Ölkələrin özlərinə bayraq təyin etməsi isə, döyüşlərdə tərəflərin bir-birlərini ayırd edə bilmələri üçün Orta əsrlərin əvvəllərində ortaya çıxmışdır.
ÜÇ RƏNGLİ BAYRAQ .
ÜÇ RƏNGLİ BAYRAQ |
Müəllif: Dunyamin |
Göylərə yüksəlib üç rəngli bayraq,
Onu ucalardan enməyə qoyma! Qəlbimin başında qığılcım yanar, Ey Vətən, sən onu sönməyə qoyma! Oğullar sıyrılsın qınından yenə, Keçsinlər ürəklə canından yenə. İçsinlər düşmənin qanından yenə, Alçağı qalxmağa, dinməyə qoyma! Göylər mavi rəngli tül,ipək olsun, Dünya al geyinsin, gül- çiçək olsun! Ömür yaşıl donlu gələcək olsun, Milləti bu yoldan dönməyə qoyma! Sınmarıq milləti sındıranlara, Qəhr olsun ümidi donduranlara! Eşq olsun gur işıq yandıranlara, İşığı zülmətə yenməyə qoyma! Gəlir babalardan haraylı bir səs, “Yüksələn bir bayraq bir daha enməz!” Azadlıq eşqimiz tükənərmi bəs?! Ya Rəbbim, bu eşqi sönməyə qoyma! Şuşam da, Laçın da əsirdir hələ, İnləyir, inləyir bu torpaq hələ. Oğullar ayağa qalxacaq hələ, Onları bu yoldan dönməyə qoyma! Dinimiz, dilimiz, torpağımız var, Dağımız, çölümüz, irmağımız var. Ey Vətən, üç rəngli bayrağımız var, Zirvəyə ucalıb, enməyə qoyma |
Подписаться на:
Сообщения (Atom)